İdman24
Futbol · Report İdman

Nikola Nanni San-Marino millisinin tarixində bir rəsmi oyunda iki qol vuran ilk futbolçu olub

İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi Bakı 10° C USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Nikola Nanni San-Marino millisinin tarixində bir rəsmi oyunda iki qol vuran ilk futbolçu olub Futbol 18 noyabr, 2026 16:45 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

San-Marino yığmasının hücumçusu Nikola Nanni UEFA Millətlər Liqasında Finlandiya ilə keçirilən matçda (2:7) dubl edərək ölkə futbolunun tarixinə düşüb.

"Report" San-Marino Futbol Federasiyasına istinadən xəbər verir ki, noyabrın 15-də Helsinkidə baş tutan qarşılaşmada komandanın hər iki qolunu 26 yaşlı forvard vurub.

O, 26-cı dəqiqədə təyin edilən penaltini dəqiq yerinə yetirib. N.Nanni digər qolu 76-cı dəqiqədə rəqib qapısından keçirib.

Bununla da futbolçu yığmada keçirdiyi 60 görüşdə qollarının sayını 7-yə çatdırıb. O, 8 topla seçmənin ən yaxşı bombardiri olan Endi Selvanın rekorduna yaxınlaşıb. Hücumçu 2026-cı il ərzində 3 dəfə fərqlənib. Bundan əlavə, Helsinkidəki matç San-Marino millisinin tarixində azı iki qol vurduğu cəmi üçüncü görüş olub.

Qarşılaşmanın ilk hissəsindən sonra Finlandiya 5:1 hesabı ilə öndə olub. Meydan sahiblərinin heyətində Adrian Svanbek 3, Yoel Pohyanpalo 2, Leo Valta və Daniel Hokans isə hərəyə 1 qol vurublar. N.Nanni fərqi azaltdıqdan iki dəqiqə sonra A.Svanbek het-trikini rəsmiləşdirib.

Qeyd edək ki, N.Nanninin bu nailiyyəti təkcə UEFA Millətlər Liqasına deyil, San-Marino millisinin bütün rəsmi və yoldaşlıq oyunlarına şamil edilir.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 23:40 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub - Yenilənib Xarici siyasət 23:34 Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb Digər ölkələr 23:03 Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib Region 22:48 FIBA Avropa Kuboku: "Neftçi" Latviya klubu ilə matçda məğlubiyyətlə üzləşib Komanda 22:48 Hondurasda silahlı hücumlar nəticəsində azı 12 nəfər həlak olub Digər ölkələr 22:42 Foto Fərid Qayıbov "Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib Fərdi 22:27 ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - Yenilənib Digər ölkələr 22:15 ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir Digər ölkələr 22:06 Foto Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə