İdman24
Futbol · Report İdman

Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 22° C USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib Futbol 13 oktyabr, 2026 15:36 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün keçiriləcək "Sabah" - "Slaviya" oyunu Azərbaycan və Çexiya təmsilçilərinin avrokuboklardakı 13-cü matçı olacaq.

"Report" un məlumatına görə, indiyədək ölkə komandalarından "Qarabağ", "Şəmkir" və "Karvan-Yevlax" çexlərə rəqib olublar.

İlk belə qarşılaşma 1997/1998 mövsümünə təsadüf edib. "Qarabağ" UEFA Kubokunun I təsnifat mərhələsində "Yablonets"ə hər iki görüşdə uduzub - 0:3, 0:5.

Daha sonra "Sabah"ın hazırkı rəqibi "Slaviya" "Şəmkir"lə üz-üzə gəlib. Azərbaycan klubu 2000/2001 mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin hər iki oyununda məğlub olub - 0:1,1:4.

2006-cı ildə isə "Karvan"ın yolu "Slaviya" ilə kəsişib. Yevlax təmsilçisi evdə 0:2 hesabı ilə uduzsa da, Praqada qolsuz heç-heçəyə nail olub.

10 il sonra - 2016-cı ildə "Qarabağ" Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşıb. UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edən matçların hər ikisi bərabərliklə bitib - 0:0, 1:1. Plzen təmsilçisi səfər qolu üstünlüyünə görə mərhələ adlayıb.

Ağdam klubu həmin mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan" kollektivi ilə münasibətlərə aydınlıq gətirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıdakı matçda heç-heçə edib - 2:2. Səfər görüşündə meydan sahibləri üç cavabsız qolla üstün olub.

Nəhayət, 2022/2023 mövsümündə "Qarabağ" növbəti dəfə "Viktoriya" ilə üz-üzə gəlib. UEFA Çempionlar Liqasının pley-off mərhələsində çexlər sevinən tərəf olublar - 0:0, 1:2.

Beləliklə, Azərbaycan klubları Çexiya komandaları ilə 12 dəfə qarşılaşsalar da, qələbə qazana bilməyiblər.

Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Slaviya" oyunu saat 20:45-də start götürəcək.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:37 AMB kreditlərdə xalis gəlirin 5 misli ilə məhdudlaşdırmanın nəticələrini açıqlayıb Maliyyə 18:35 Foto Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub Xarici siyasət 18:27 Ağ Ev: ABŞ Venesueladakı neft ehtiyatlarının böyük hissəsinə nəzarət edir Energetika 18:26 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Maliyyə 18:24 Foto Azərbaycan HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib Hərbi 18:21 AMB: Median aylıq kirayə haqqı 1 000 manatdan aşağı düşüb Maliyyə 18:21 Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb Maliyyə 18:19 Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək Xarici siyasət 18:17 Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri bu il 18 % azalıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə