İdman24
Futbol · APA Sport

AL: "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, “Qarabağ” Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edəcək.

Qurban Qurbanovun komandası I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu hər iki görüşdə 3:0 hesabı ilə məğlub edib.

ÇSKA (Sofiya) isə İrlandiyanın “Derri Siti” komandası üzərində iki oyunun nəticəsinə əsasən 5:3 hesablı üstünlük qazanıb. Qarşılaşmanı italiyalı FIFA referisi Daniele Kiffi idarə edəcək. Ona həmyerliləri Covanni Bakkini və Alessandro Lo Çiçero kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. UEFA Avropa Liqası II təsnifat mərhələsi, ilk oyun 23 iyul 20:00. “Qarabağ” (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan) Baş hakim : Daniele Kiffi (İtaliya) Stadion : Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiyadakı “Vasil Levski” Milli Stadionunda keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə