Digər · APA Sport
"Sumqayıt" Qətər klubu ilə qarşılaşacaq

“Sumqayıt” bu gün Qəbələ təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, komanda Qətərin “Əl-Xaraitiyat” klubu ilə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” bunadək keçirdiyi üç yoxlama oyununda “Kəpəz”lə qolsuz heç-heçə edib, “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəlib, “İmişli”yə isə 1:4 hesabı ilə məğlub olub.