Futbol · APA Sport
“Qarabağ” “İmişli”yə qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
“Qarabağ” səfərdə “İmişli” ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandası hazırda 13 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanaraq lider “Neftçi” ilə xal fərqini aradan qaldırmağı hədəfləyir. Qeyd edək ki, “köhlən atlar”ın ehtiyatda bir oyunu da var.
Aktivində 4 xal olan və 9-cu pillədə qərarlaşan “İmişli” isə düşmə zonasından uzaqlaşmağa çalışacaq.
Görüşə saat 16:00-da start veriləcək.
16:00. "İmişli" – "Qarabağ" Yevlax şəhər stadionu