İdman24
Futbol · APA Sport

“Sabahın ulduzları”: “Qarabağ” və “Sabah”dan qələbə

“Sabahın ulduzları” Bakı Kubokunda U-14 yaş qrupu üzrə 11-ci turun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, turun ilk oyun günündə daha üç qarşılaşma keçirilib.

Görüşlərdə “Qarabağ”, “Sabah” və “Ulduz” qələbə qazanıb.

13 sentyabr “Qarabağ” - “Qəbələ” 7:1 Qollar: Əli Əzimzadə (13, 79, 80), İkram Əmirli (18), Xəlil Quluzadə (31), David Pavlov (38), Heydər Mustafayev (80+1) // Musa İsmayılov (3). Baş hakim: İsa Məmmədov Köməkçi hakimlər: Əlibəy Rəhimov, Araz Balakişiyev Dördüncü hakim: Harun Hacıyev Hakim inspektor: Venera Kahriç BFF nümayəndəsi: Məhərrəm Əliyev

“Dostluq” - “Ulduz” 0:9 Qollar: Hünər Səmədli (24, 31, 38, 40+1, 47), Hüseyn Süleymanlı (29), Uğur Hüseynli (52), Said Statema (54, 76). Baş hakim: Yasin Cəbizadə Köməkçi hakimlər: Elvin Qədimov, Samir Babayev Dördüncü hakim: Harun Hacıyev Hakim inspektor: Venera Kahriç Oyun meneceri: Fərid Nağdaliyev

“Sabah” - “Azərbaycan Qartalları” 2:1 Qollar: Cavid Tayibov (40+1), Rəsul Məmmədzadə (80+1) // Emir Əmirxanov (4). Baş hakim: Maqsud Şamiyev Köməkçi hakimlər: İlkin Süleymanov, Toğrul İbadov Dördüncü hakim: Cavid Məmmədov Hakim inspektor: Venera Kahriç Oyun meneceri: Fərid Nağdaliyev

Bombardirlər: Adil Şabanov (“Neftçi” PFK) - 22 qol; Ceyms Eziyaşi (“Qarabağ” FK) - 15 qol; Emir Əmirxanov (“Azərbaycan Qartalları”) - 12 qol; Hünər Səmədli (“Ulduz”) - 12 qol; Bəybala Məmmədov (EFA) - 11 qol; Ramal Dünyamalı (“Sumqayıt”) - 11 qol; Yusif Niftəliyev (“Xan” FK) - 11 qol; Mehrac Əhmədli (“Sumqayıt”) 10-qol.

QEYD: “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın Əsasnaməsinə uyğun olaraq ilkin mərhələnin yekun cədvəlində ilk dörd pilləni tutmuş “Qarabağ”, “Sabah”, “Neftçi” və “Ulduz” komandaları yarımfinala vəsiqə qazanmışlar.

Orijinal mənbə

İdman24 əsas səhifə