İdman24
Futbol · APA Sport

DÇ-26: ABŞ 1/8 finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər

Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

Oyunda hesabı ABŞ millisi açıb. İlk hissənin son dəqiqəsində Folarin Baloqun komandasını önə keçirib.

Baloqun ikinci hissədə mənfi mənada fərqlənib. 64-cü dəqiqədə qırmızı vərəqə alan futbolçu komandasımı 1 nəfər azlıqda qoyub.

Buna baxmayaraq amerikalılar daha bir qol vurmağı bacarıblar. 82-ci dəqiqədə Tilman cəribə zərbəsindən baxımlı qola imza atıb. Görüş bu hesabla başa çatıb: 2:0.

Bu nəticədən sonra ABŞ millisi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ABŞ 1/8 finalda Belçika ilə qarşılaşacaq.

DÇ-2026 1/16 final 2 iyul 04:00. ABŞ – Bosniya və Herseqovina 2:0

Qol: F. Baloqun, 45, Tilman, 82

ABŞ : Friz, Frimen, Riçards, Rim, Robinson, Tillman, Adams, Dest, Makkenni, Pulişiç, Baloqun

Bosniya və Herseqovina : Vasili, Muharemoviç, Radeljiç, Katiç, Kolaşinaç, Şuniç, Qiqoviç, Dediç, Alaybegoviç, Demiroviç, Dzeko

Orijinal mənbə

İdman24 əsas səhifə