Digər · APA Sport
“Fənərbaxça”da ayrılıq - RƏSMİ

"Fənərbaxça"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Çağlar Söyüncü komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 30 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini Türkiyə Futbol Federasiyasına bildirib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü “Fənərbaxça”nın heyətində 75 matçda meydana çıxıb. O, bu oyunlarda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.