Fərid Qayıbov Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Fərid Qayıbov Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib İdman 05 noyabr, 2026 10:53 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Monako Knyazlığında Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclası keçirilib.
Gənclər və İdman Nazirliyindən "Report" a verilən məlumata görə, nazir Fərid Qayıbov toplantıda çıxış edib.
İclasın açılış mərasimində Monako Knyazlığının Şahzadəsi II Albert, Avropa Şurasının Baş katibi Alen Berset və Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Leyla Markes Mota çıxış ediblər.
Tədbir çərçivəsində "Uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam idman" mövzusu ətrafında müzakirələr aparılıb. Uşaqların və gənclərin idmanda təhlükəsizliyinin təmin edilməsi, sağlam və inklüziv idman mühitinin yaradılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə toxunulub.
Səfər çərçivəsində F.Qayıbov Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Olivye Niqqli ilə də görüşüb. Görüşdə antidopinq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 12:35 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Biznes 12:34 Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb Futbol 12:34 Turqay Türkyılmaz: "Türkiyə tarixinin ən yüksək balıq istehsalı həcminə nail olunub" ASK 12:32 Himalay Məmişov: "Azərbaycanda sosialyönümlü xərclər 2023–2027-ci illərdə 30 % artıb" Maliyyə 12:31 BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir Xarici siyasət 12:29 Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb Media 12:26 DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb Hadisə 12:26 Sabah yağış yağacaq - Proqnoz Ekologiya 12:23 Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.