Futbol · APA Sport
“Neftçi”dən ayrıldı - TÜRKİYƏDƏ OYNAYACAQ

“Neftçi”dən ayrılan Vensan Abubakarın yeni ünvanı bəlli olub.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
Kamerunlu forvard “Bodrumspor”la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında “Neftçi”yə transfer olunan Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matçda meydana çıxıb və 9 qol vurub.