İdman24
Futbol · Report İdman

FIFA rəsmisi Elxan Məmmədov: "Dünya çempionatına qatılan yığma Azərbaycan futbolunun gələcəyidir" - Müsahibə

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika FIFA rəsmisi Elxan Məmmədov: "Dünya çempionatına qatılan yığma Azərbaycan futbolunun gələcəyidir" - Müsahibə Futbol 29 oktyabr, 2026 13:19 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

FIFA-nın Avropa üzrə regional direktoru vəzifəsində çalışan Elxan Məmmədov "Report" a eksklüziv müsahibə verib. AFFA-nın sabiq baş katibi və keçmiş icraçı vitse-prezidenti Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının əhəmiyyətindən, yarışın təşkilindən və futbolun inkişafına yönələn layihələrdən danışıb. FIFA rəsmisi, həmçinin Azərbaycan millisinin çıxışını və gələcək potensialını dəyərləndirib.

- Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalı barədə düşüncələriniz necədir? Bu layihənin reallaşması prosesi necə başladı?

- FIFA U-15 dünya çempionatı və festivalının Bakıda keçirilməsi sevindirici haldır. Bu mundialın keçirilməsi üçün təşəbbüs 2 il öncə FIFA prezidenti Canni İnfantino tərəfindən irəli sürüldü. FIFA-nın İcraiyyə Komitəsi məsələyə təsdiq verdikdən sonra müvafiq şöbələr tərəfindən hazırlıq işlərinə start verildi. Dünya çempionatına ev sahibliyi etmək üçün Bakı seçildi. Və sevindirici haldır ki, tez bir zamanda AFFA tərəfindən Hövsanda bu cür infrastruktur yaradıldı.

- Mundialda 189 ölkənin iştirak etməsi diqqətçəkən göstəricidir. Turnirin miqyasını və əhəmiyyətini necə dəyərləndirirsiniz?

- 189 ölkənin bu yarışda iştirak etməsi böyük idman hadisəsidir. Artıq dünya çempionatı və festivalının başa çatmasına 1 gün qalıb. Bu günə kimi bütün matçlar yüksək səviyyədə təşkil olunub. Biz FIFA olaraq Bakıda keçirilən mundialı olduqca yüksək qiymətləndiririk. Yarış həqiqətən bütün əcnəbi qonaqların ürəyincədir. 211 ölkədən 189-nun burada iştirak etməsi futbol bayramı deməkdir. Biz düşünürdük ki, mundiala 150-dən artıq ölkə qatılsa bu, böyük uğur sayılacaq. Nəzərə almaq lazımdır ki, hazırda yay mövsümü və bir çox yerdə tətil vaxtı deyil. Bununla belə, ölkələr üçün bu turnir böyük maraq kəsb edirdi. Bu məsələdə AFFA-ya təşəkkürümüzü bildiririk ki, yarışın keçirilməsində bizə yüksək səviyyədə dəstək göstərirlər. İndiyə qədər FIFA-nın bayrağı altında bu qədər ölkənin iştirak etdiyi futbol turniri olmayıb. Bu, bir ilkdir. Ümumilikdə 3000-ə yaxın idmançı Bakıdakı mundialda mübarizə aparır. Bu mənada U-15 dünya çempionatı və festivalı FIFA üçün də yeni layihə oldu. Şadıq ki, bu gün müxtəlif futbol federasiyalarının rəhbərləri və tanınmış futbol mütəxəssisləri, əfsanələri Bakıya toplaşıblar. Onlar hər biri bu yarış haqqında müsbət fikirdədirlər.

- Mundialın təşkili ilə bağlı indiyədək FIFA-nın diqqətini çəkən xüsusi məqam olub?

- Biz gündəlik olaraq yerli təşkilat komitəsi ilə işləyirik və əsas odur ki, yarışla bağlı heç bir mənfi məqama rast gəlinmir. Bu işin rəsmi tərəfindən başqa, futbolçular və məşqçilərlə də söhbət edirik. Hər bir vəziyyəti nəzarətə götürmüşük.

- Bakıda mundialla yanaşı, futbolun inkişafına xidmət edən başqa layihələr də həyata keçirilir. Bir az bu barədə danışa bilərsiniz?

- Bildiyiniz kimi, Bakıda tək dünya çempionatının oyunları keçirilmir. İki gün əvvəl dünya şöhrətli mütəxəssis Arsen Vengerin rəhbərliyi altında Azərbaycanda çalışan mütəxəssislərə "ustad dərs"ləri keçirildi. Arsen Venger FIFA-nın əməkdaşıdır və Bakıdakı yarışı yaxından izləyir. Bu gün məktəblərdə futbol proqramı dərsinə start verəcəyik. Bu , FIFA-ya məxsus olan böyük bir proqramdır. Təbii ki, AFFA və Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək layihədir.

- Azərbaycan millisinin U-15 dünya çempionatında çıxışını necə qiymətləndirirsiniz? Bu komandanın potensialı barədə nə düşünürsünüz?

- Azərbaycanın U-15 yığması çox yaxşı oyun nümayiş etdirir. Bu yığma Azərbaycan futbolunun gələcəyidir. Lakin bu, tək Azərbaycan millisinə şamil edilmir. Bu gün meydanda mübarizə aparan bütün yığmalar öz ölkələri üçün gələcək vəd edirlər. Əminəm ki, bu mundial onlar üçün böyük təcrübə olacaq.

- U-15 yığmasında fərqləndirə biləcəyiniz xüsusi futbolçular var?

- Əlbəttə, niyə də yox? Belə futbolçular çoxluq təşkil edir. Yaxşı oyunçulara rast gəlmək mümkündür. Lakin bu, daha çox yığmanın məşqçilərinə ünvanlanacaq sualdır.

- 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatı ilə bağlı hazırlıq işləri nə yerdədir?

- Artıq hazırlıq işlərinə başlamışıq. Bilirsiniz ki, bu da çox böyük mundial olacaq. Bütün işlər öz axarı ilə davam edir.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 16° C Son xəbərlər 14:54 Foto Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb Region 14:53 Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır Digər ölkələr 14:48 Foto AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib İnfrastruktur 14:46 Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsindən gedəcəyi tarixi açıqlayıb Digər ölkələr 14:45 Foto Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni qaydalar müzakirə edilib Maliyyə 14:45 Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq Digər ölkələr 14:44 Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verib Futbol 14:33 İspaniyada qatar maşinistləri tətil keçirirlər Digər ölkələr 14:30 "Azərpambıq" ixrac gəlirlərini 61 %-dən çox artırıb ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyə

Orijinal mənbə

İdman24 əsas səhifə