İdman24
Futbol · APA Sport

“Zirə”ni III mərhələdə bu komandalar gözləyir - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, püşkatmada “Zirə”nin də növbəti mərhələdəki potensial rəqibləri müəyyənləşəcək.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda II təsnifat mərhələsində Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdıracağı halda aşağıdakı cütlərin qaliblərindən biri ilə qarşılaşacaq:

“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya)

“Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya)

“Rakuv” (Polşa) – “Valetta” (Malta)“Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya)

“Polissya” (Ukrayna) – “Kopenhagen” (Danimarka)

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Zirə” “Payde” ilə ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Sumqayıtda keçirəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə