Digər · APA Sport
Avropa Liqası: “Beşiktaş” ilk “8-lik”də – FOTO

UEFA Avropa Liqasının Liqa mərhələsində V turun oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Maksimum nəticə göstərən “Bornmut” 15 xalla liderdir. “Yuventus” və “Ferentsvaroş” isə 13 xalla ilk üçlüyü tamamlayırlar.