İdman24
Futbol · APA Sport

Çempionlar Liqasında II turdan sonra turnir cədvəli – FOTO

UEFA Çempionlar Liqasının liqa mərhələsində II turun oyunları başa çatıb.

Apasport.az xəbər verir ki, keçirilən qarşılaşmalardan sonra turnir cədvəlində müəyyən dəyişikliklər olub.

Fransanın PSJ klubu, İspaniyanın “Barselona” və İngiltərənin “Aston Villa” komandaları hərəyə 6 xalla ilk üç pillədə qərarlaşıblar. Hər üç komandanın top fərqi +7-dir.

Azərbaycan təmsilçisi “Sabah” isə 3 xalla 22-ci pillədə yer alıb. Bakı klubu ilk iki turda bir qələbə qazanıb və bir dəfə məğlub olub.

Türkiyə təmsilçilərindən “Fənərbaxça” 1 xalla 28-ci, “Qalatasaray” isə xalsız 35-ci yerdədir.

Növbəti turda təmsilçimiz “Sabah” Almaniyanın “Borussiya” (Dortmund) klubunu qəbul edəcək. Qarşılaşma oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Türkiyə təmsilçilərindən “Fənərbaxça” oktyabrın 20-də Çexiyanın “Slaviya Praqa” klubunu qəbul edəcək. “Qalatasaray” isə oktyabrın 21-də Fransada “Lill”in qonağı olacaq.

Qeyd edək ki, liqa mərhələsinin sonunda ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9–24-cü pillələrdə qərarlaşan kollektivlər pley-off mərhələsində mübarizə aparacaqlar. Son 12 yeri tutan komandalar isə turnirlə vidalaşacaqlar.

Orijinal mənbə

İdman24 əsas səhifə