İdman24
Digər · APA Sport

Azərbaycanın 4 cüdoçusu dünya çempionatında mübarizə aparacaq

26–27 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycanı yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək.

Onlar “nage-no-kata” üzrə mübarizə aparacaqlar. Dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.

Azərbaycan millisinin heyəti belədir:

Yeniyetmələr: Sadiq Abdullayev – tori Rəcəb Əkbərov – uke

Gənclər: Famil Əsədov – tori Yusif Əhmədov – uke

Orijinal mənbə

İdman24 əsas səhifə