İdman24
Formula 1 · Report İdman

Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər Formula 1 23 oktyabr, 2026 03:27 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli ABŞ Qran-prisinin nəticələrinə əsasən "Formula-1" tarixinin ən gənc dünya çempionu ola bilər.

"Report" xəbər verir ki, bunun üçün 20 yaşlı pilot komanda yoldaşı, britaniyalı Corc Rasselli 23 xal, "Ferrari" pilotu Lüis Hemiltonu 14 xal, "Red Bull" təmsilçisi, niderlandlı Maks Ferstappeni isə 6 xal qabaqlamalıdır.

Hazırda rekord almaniyalı Sebastyan Fettelə məxsusdur. O, dünya çempionu titulunu 23 yaş 134 günlük olarkən qazanıb.

Antonelli "RacingNews365" nəşrinə açıqlamasında çempionluğun yaxın olduğunu anladığını, lakin maksimum nəticə göstərməyə davam etməli olduğunu bildirib:

"Bu imkanı görürəm, amma sadəcə əlimdən gələnin ən yaxşısını etməyə davam etməliyəm. Mövqeyim dəyişməyib: trasa çıxmaq, qələbə uğrunda mübarizə aparmaq və maksimum nəticə göstərmək".

ABŞ Qran-prisinin yarış həftəsonu cümə günü Texas ştatının Ostin şəhərindəki "Amerikalar dairəsi" avtodromunda başlayacaq.

Bakı vaxtı ilə cümə günü saat 21:30-da ilk sərbəst yürüş, şənbə günü saat 01:00-da isə ikinci sərbəst yürüş keçiriləcək. Şənbə günü saat 21:30-da üçüncü sərbəst yürüş, bazar günü saat 01:00-da sıralanma turu baş tutacaq. Əsas yarış isə bazar ertəsinə keçən gecə, saat 00:00-da başlayacaq.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Пилот Mercedes Кими Антонелли может стать самым молодым чемпионом "Формулы 1" --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 03:27 Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər Formula 1 02:40 Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib Xarici siyasət 02:21 KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb Region 01:40 Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir Digər ölkələr 01:04 Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib Futbol 00:59 Konfrans Liqası: "Trabzonspor", "Ayaks" və "Monako" qələbə qazanıb Futbol 00:50 Tibetdə 7 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər ölüb Digər ölkələr 00:35 Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub Digər ölkələr 00:04 Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə