İdman24
Futbol · Report İdman

Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm" Futbol 23 oktyabr, 2026 12:35 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Sabah" - "Qarabağ" matçı çempionluq mübarizəsində ən mühüm görüşlərdən biri olacaq.

Bu fikirləri "Report" a Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyev bildirib.

60 yaşlı futbol mütəxəssisi Misli Premyer Liqasının IX turunda baş tutacaq qarşılaşma barədə düşüncələrini paylaşıb:

"Hesab edirəm ki, bu, 6 xallıq matçdır. Çempionluq uğrunda mübarizədə ən əhəmiyyətli görüşlərdən biridir. Qalib gələn tərəf müəyyən qədər üstünlük qazana bilər. Hər iki komandanı bu oyuna həvəsləndirməyə gərək yoxdur. "Sabah" və "Qarabağ" adının özü futbolçular üçün əlavə stimuldur. Gərgin və intriqalı matç gözləyirəm. Hər iki kollektiv hücum futboluna üstünlük verir. Fikrimcə, qollarla yadda qalan görüş izləyəcəyik".

Ş.Diniyev bu cür qarşılaşmalarda favoriti müəyyənləşdirməyin çətin olduğunu qeyd edib:

"İndiki formasına baxdıqda "Sabah"ı bir pillə öndə görürəm. Lakin UEFA Çempionlar Liqasındakı çıxışlar müəyyən yorğunluğa yol aça bilər. "Qarabağ" isə hələlik öz oyun üslubunu tapa bilməyib. Çox sayda yeni oyunçu heyətə qatılıb. Futbolçuların uyğunlaşması üçün müəyyən müddət tələb olunur. Buna görə də komanda ən yaxşı formada deyil. Ancaq düşünürəm ki, heç bir amil bu matçın tempini aşağı salmayacaq. Azarkeşlərin çoxluğu da oyuna xüsusi ab-hava qatacaq".

Xatırladaq ki, "Sabah" - "Qarabağ" oyunu oktyabrın 25-də, saat 18:00-da start götürəcək.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 14:13 Azərbaycan elm xərclərini 12 %-dən çox artırır Maliyyə 14:12 Foto Video Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub - Yenilənib Hadisə 14:11 Azərbaycan xarici yardımları 74 %-ə yaxın artırır Maliyyə 14:09 Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq Maliyyə 14:08 Paris yaxınlığında avtomobildən atəş açılıb: 1 nəfər ölüb, 4 nəfər yaralanıb Digər ölkələr 14:02 Azərbaycan seçki və statistika tədbirlərinə xərcləmələri 10 %-ə yaxın artırır Maliyyə 14:02 Rusiya, ABŞ və Ukrayna danışıqları noyabrın birinci yarısında Əbu-Dabidə keçiriləcək Digər ölkələr 14:01 Foto Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub Turizm 13:55 Foto Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə