Futbol · APA Sport
"Qəbələ"dən nigeriyalı transfer – Meşakla müqavilə imzalandı

"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi nigeriyalı vinger Uboçioma Meşakla 1+1 illik müqavilə bağlayıb. 24 yaşlı futbolçunun son klubu Macarıstan təmsilçisi "Kazintsbartsika" olub.
Qeyd edək ki, Uboçioma Meşak karyerası ərzində Macarıstanın "Zalaeqerseq", Sloveniyanın "Nafta", Şotlandiyanın isə "Livinqston" və "Dandi Yunayted" klublarında da çıxış edib.