Formula 1 · F-1.az
Şarl Lekler: Düşünmürəm ki, poul şansımız var idi

Ferrari sürücüləri Monzadakı doğma trasda sıralanma turunu ən yaxşı şəkildə keçirə bilməyiblər - Şarl Lekler 4-cü nəticəni göstərib, Lyuis Həmilton isə beşinci olub. Amma hər iki sürücünün şərhlərinə əsasən, onlar sabahkı İtaliya Qran Pridə itirdiklərini bərpa etməyə kökləniblər, baxmayaraq ki, Mercedes mühərrikli maşınların sürət üstünlüyünün hələ də qaldığını etiraf edirlər.