Dünya çempionatında ilk rəqiblər müəyyənləşib

Sabah Bakıda güləş üzrə U17 dünya çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək mundiala yunan-Roma güləşçiləri start verəcək.
Bu gün püşkatma mərasimi keçirilib və təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.
Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)
Ömər Salmanov – Avinaş Çetake (Hindistan)
Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)
Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)
Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)
İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)
Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
Xatırladaq ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.