Digər · APA Sport
A Seriyası klubunda baş məşqçi dəyişikliyi

“Bolonya” baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda rəhbərliyi mövsümün əvvəlində bu vəzifəyə təyin olunan 40 yaşlı mütəxəssislə əməkdaşlığa xitam verib.
Onu Raffaele Palladino əvəzləyib. Daha əvvəl “Atalanta”nı çalışdırmış italiyalı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, İtaliya A Seriyasında Tedesko ilə cəmi 4 oyuna çıxan “Bolonya” bu matçların heç birində qələbə qazana bilməyib. Komanda 1 heç-heçə edib, 3 görüşdə isə məğlub olub.