İdman24
Döyüş İdmanı · Report İdman

Nazir: "İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Nazir: "İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır" Sənaye 23 noyabr, 2026 11:48 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan və İtaliya arasında sənaye əməkdaşlığının perspektivli istiqamətlərindən biri dağ-mədən və metallurgiya sənayesidir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

O, qeyd edib ki, bu sahədə məqsəd yeni xammalın daha dərin emalını təmin etmək, yüksək əlavə dəyərli məhsulların istehsalını və ixracını artırmaqdır: "İtaliyanın maşınqayırma və metallurgiya sahəsində zəngin təcrübəsi Azərbaycanda texnologiya transferi, yerli istehsalın gücləndirilməsi və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə layihələr üçün geniş imkanlar yaradır. Bu baxımdan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu ilin oktyabrında Romada kritik xammal sahəsində strateji əməkdaşlığa dair birgə bəyannamə imzaladıq. Bu gün kritik xammallar sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq. Memorandum Qafqaz, Mərkəzi Asiya və Afrika regionlarında birgə layihələrin müəyyənləşdirilməsini, Azərbaycanın regional logistika imkanlarından, o cümlədən Orta Dəhlizdən istifadə etməklə xammalın İtaliya və Avropanın sənaye təchizat zəncirlərinə inteqrasiyasını nəzərdə tutur".

Bundan başqa, nazir əlavə edib ki, süni intellekt və rəqəmsallaşma Azərbaycanın iqtisadi inkişaf gündəliyinin prioritet istiqamətlərindən biridir: "Bu sahədə dövlət proqramları qəbul edilib. 2027-ci ildən etibarən innovasiya, startap və texnologiya parklarının rezidentləri üçün 20 ilə qədər müddəti əhatə edən vergi güzəştləri tətbiq olunacaq. Düşünürəm ki, İtalyan tərəfdaşlarımızın investisiya qərarlarında və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində hər iki ölkənin ixtisaslaşmış qurumlarının imzaladığı anlaşma memorandumu faydalı çərçivə rolunu oynayır".

"Azərbaycanın mühüm üstünlüklərindən biri də strateji coğrafi mövqeyidir. Ölkəmiz Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvdür, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqazla, bu region üzərindən isə Avropa bazarları ilə əlaqələndirir. Bu yaxınlarda Azərbaycan və Qazaxıstan arasında istifadəyə verilmiş Transxəzər fiber-optik kabel xətti isə ölkəmizin rəqəmsal bağlantı imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın etibarlı investisiya və istehsal platforması kimi rolunu gücləndirməsinə əlavə imkanlar təqdim edir", - deyə M.Cabbarov əlavə edib.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Fatimə Bağırova Sosial şəbəkələrdə paylaşın Kopyalandı Микаил Джаббаров: Азербайджан и Италия определят совместные проекты в третьих странах Mikayil Jabbarov: Azerbaijan and Italy to identify joint projects in third countries --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 16:45 Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib Digər ölkələr 16:42 Foto Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək Energetika 16:40 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb İKT 16:40 Foto Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 16:38 Foto Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib Xarici siyasət 16:35 Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:34 Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti Analitika 16:32 Foto Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub İnfrastruktur 16:32 Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə