İdman24
Döyüş İdmanı · APA Sport

Taekvondoçularımız “Swiss Open”də mübarizə aparacaq

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandası İsveçrədə keçiriləcək “Swiss Open” beynəlxalq turnirində iştirak edəcək.

Apasport.az xəbər verir ki, sentyabrın 6-da Sant Qallen şəhərində keçiriləcək yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.

Komandamız məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında Sant Qallen şəhərinə yola düşüb.

Orijinal mənbə

İdman24 əsas səhifə