Döyüş İdmanı · APA Sport
AÇ: Boksçumuz finalda

Əli Baxışov Avropa çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir ki, Azərbaycan boks millisinin üzvü Loznitsada keçirilən U-19 Avropa çempionatında həlledici mərhələyə vəsiqə qazanıb.
60 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda Türkiyə təmsilçisi Furkan Avarla üz-üzə gəlib.
Qarşılaşma Əli Baxışovun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.