Futbol · APA Sport
“Milan”ın futbolçusu əməliyyat olundu

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Aleksis Salemakers əməliyyat keçirib.
Apasport.az xəbər verir ki, belçikalı futbolçunun sağ ayaq biləyindən uğurlu cərrahi müdaxilə olunub.
Oyunçunun ayaq biləyində artroskopik təmizləmə və sabitləşdirmə prosedurları həyata keçirilib. Əməliyyat Niderlandın Amsterdam şəhərində baş tutub.
Klub 27 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verməyib.