Futbol · APA Sport
“Beşiktaş”dan müdafiəyə transfer – Ümit Akdağla 4 illik müqavilə

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul klubu Ümit Akdağın transferi ilə bağlı “Alanyaspor”la razılıq əldə etdiyini açıqlayıb.
23 yaşlı müdafiəçi “Beşiktaş”la 4 illik müqavilə imzalayıb.
"Ağ-qaralar" rəsmi açıqlamasında Ümit Akdağa yeni komandasında uğurlar arzulayıb.
Qeyd edək ki, Ümit Akdağ ötən mövsüm “Alanyaspor”un heyətində bütün turnirlər üzrə 36 matçda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.