Digər · APA Sport
Məşqçi kurslarına start verildi

Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqçi kurslarına start verilib.
Apasport.az xəbər verir ki, avqust-oktyabr aylarını əhatə edəcək kursların ilk günündə xarici mütəxəssis Ognyanov Ognyan tərəfindən sprint və sədlərlə qaçış üzrə xüsusi təlim keçirilib.
Təlim zamanı sprint və sədlərlə qaçışın texniki və praktiki aspektləri, məşq prosesinin daha səmərəli qurulması və idmançıların inkişafı ilə bağlı məsələlərə diqqət yetirilib.
Qeyd edək ki, kurs çərçivəsində qarşıdakı günlərdə də məşqçilər üçün müxtəlif mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulub.