İdman24
Digər · APA Sport

Oyarzabal “Real Sosyedad”dan getmir: “Bura mənim evimdir”

“Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabal gələcəyi ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, İspaniya millisinin üzvü San-Sebastyan klubunda qalmaq istədiyini bildirib.

“Bunu min dəfə demişəm: “Real Sosyedad” və San-Sebastyan mənim evimdir. Bura mənim sığınacağım, böyüdüyüm yerdir. Bu gün dünya çempionatında olmağım üçün mənə imkanı məhz “Real Sosyedad” verib. Buna görə sakitəm, heç nəyi böyütmürəm. Müqavilənin uzadılması ilə bağlı hələ danışmamışıq. Sözləşməm iki ildən sonra başa çatacaq, hələ vaxta var”, – deyə Oyarzabal "Mundo Deportivo"ya açıqlamasında bildirib.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-cı ildən “Real Sosyedad”ın əsas komandasında çıxış edir. Oyarzabal 2025/26 mövsümündə La Liqada 34 oyuna 15 qol və 4 assistlə yadda qalıb.

Orijinal mənbə

İdman24 əsas səhifə