"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır Digər ölkələr 24 oktyabr, 2026 23:41 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər.
"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunub ki, son altı ay ərzində Trampın ətrafında Netanyahunun bir sıra regional məsələlərdəki mövqeyindən narazılıq artıb.
Belə ki, ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Qəzza zolağındakı vəziyyətin nizamlanmasına dair planın icra tempindən narazılıqlarını bildiriblər.
Trampın digər xüsusi elçisi Tom Barrak İsrailin Suriyadakı fəaliyyətindən narahatdır. Dövlət katibi Marko Rubio və onun komandası isə hesab edir ki, İsrail hakimiyyəti Livan hökumətinin möhkəmləndirilməsinə və İordan çayının qərb sahilində yəhudi köçkünlərin fələstinlilərə qarşı hücumlarının qarşısının alınmasına daha fəal töhfə verə bilər.
Seçkilər ərəfəsində dərc olunan üç böyük İsrail telekanalının sorğularına əsasən, Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik Knessetdə təxminən 50 mandat qazana bilər. Bu, parlament çoxluğu formalaşdırmaq üçün tələb olunan 61 mandatdan xeyli azdır.
İsrail Baş Qərargahının keçmiş rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət blokunun isə 52–56 mandat əldə edə biləcəyi proqnozlaşdırılır.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Axios: В администрации Трампа недовольны действиями Нетаньяху --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 00:37 "Al-Arabiya": İran ABŞ-yə blokadanı aradan qaldırmaq müqabilində Hörmüz boğazını açmağı təklif edib Region 00:14 Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib Hadisə 00:04 Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:41 "Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır Digər ölkələr 23:26 Foto Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb Xarici siyasət 23:20 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub Digər ölkələr 22:55 "Çelsi" öz meydanında "Tottenhem"ə uduzub Futbol 22:43 Fransadakı iğtişaşlara görə minə yaxın şəxs saxlanılıb Digər ölkələr 22:35 Foto Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - Yenilənib-2 Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.