İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 16° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib Xarici siyasət 03 oktyabr, 2026 10:56 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirdi, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini dedi. Prezident İlham Əliyev çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı cüdonun ölkəmizdə məşhur və ən çox medal gətirən idman növlərindən biri olduğunu dedi, bu xüsusda cüdoçularımızın mötəbər yarışlarda qazandıqları medalları vurğuladı.
Azərbaycan Prezidenti idman sahəsində əldə olunmuş uğurlarda paytaxt Bakı ilə yanaşı, regionlarımızda da yaradılmış müasir idman infrastrukturunun roluna toxundu.
Qəbula və Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Ladislau-Marius Vizer müxtəlif idman tədbirlərində cüdoçularımızın qazandıqları medallar münasibətilə təbriklərini çatdırdı.
Qonaq Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Görüşdə Azərbaycanın Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğu məmnunluqla qeyd edildi, bu qurumla Azərbaycan Cüdo Federasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə "Dostluq" ordenini təqdim etdi.
Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.
Qeyd edək ki, Ladislau-Marius Vizer ölkəmizdə və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə bu ordenlə təltif olunub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Ильхам Алиев принял президента Международной федерации дзюдо Foto President Ilham Aliyev receives President of International Judo Federation USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 12:26 Foto "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib Xarici siyasət 12:25 UEFA Millətlər Liqası: İspaniya ev, İngiltərə səfər oyununa çıxacaq Futbol 12:23 "Siemens Energy" Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur Energetika 12:13 İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY Daxili siyasət 12:08 Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir Digər ölkələr 12:06 Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib Fərdi 11:55 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb Maliyyə 11:52 Foto Azərbaycanın milli adət-ənənələri və mətbəxi "Tbilisoba" festivalında təqdim olunub Region 11:42 Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.