İdman24
Döyüş İdmanı · APA Sport

Dünya Çempionatı: Əli Cavadlıdan növbəti qələbə

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında ikinci görüşündə də qələbə qazanıb.

Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçimiz daha əvvəl təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi. Əli Cavadlı gürcüstanlı rəqibini də eyni hesabla məğlub edərək adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Orijinal mənbə

İdman24 əsas səhifə