Döyüş İdmanı · APA Sport
Millimiz Şamaxıya yollanıb

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına yollanıb.
Apasport.az xəbər verir ki, yığma bu gün start götürəcək hazırlığı Şamaxıda keçəcək.
Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. 22boksçunun qatılacağı məşqlərdə əsas diqqət taktiki hazırlığa yönələcək.
Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də yekunlaşacaq.