İdman24
Futbol · Report İdman

Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Qarabağ 26 oktyabr, 2026 17:18 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Niderland şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında, xüsusən də su resurslarının idarə edilməsi, bərpa olunan enerji, kənd təsərrüfatı və dayanıqlı infrastruktur sahələrində iştirak imkanlarına malikdirlər.

Bu barədə "Report" a müsahibəsində Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.

Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin miqyası və dayanıqlı inkişafa diqqət yetirilməsi bu istiqamətdə iki ölkə arasında əməkdaşlıq üçün perspektivlər açır.

Səfir vurğulayıb ki, o, artıq üç dəfə Azərbaycanın bu regionlarına səfər edib: "Hər üç səfər məndə çox böyük təəssürat yaradıb. Hər dəfə inkişafın nə qədər sürətlə getdiyini və orada necə irimiqyaslı obyektlərin inşa edildiyini görürsən. Bu, həqiqətən heyranedicidir. Düşünürəm ki, Niderland şirkətləri də baş verən dəyişikliklərə diqqət yetiriblər və bu cür imkanlar əldən verilməməlidir".

O vurğulayıb ki, Niderland su ehtiyatlarının idarə edilməsi, bərpa olunan enerji, kənd təsərrüfatı, dayanıqlı infrastruktur, eləcə də "ağıllı şəhər və kənd" konsepsiyası kimi sahələrdə müvafiq təcrübəyə malikdir: "Buna görə də konkret layihələrin tələbləri, onların kommersiya cəhətdən məqsədəuyğunluğu və qüvvədə olan qanunvericilik nəzərə alınmaqla, bu sahələrdə ixtisaslaşmış Niderland şirkətləri üçün müəyyən imkanlar yarana bilər".

Marian de Yonq həmçinin bildirib ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Niderlandda istifadə olunan və sənaye miqyaslı istixana təsərrüfatlarının inkişafını nəzərdə tutan "Vestland" modelinin Cəbrayıl rayonunda tətbiqində maraqlı olduğunu ifadə edib.

"Biz bu müraciəti diqqətlə araşdırır, Niderlandın bilik və təcrübəsinin regiona cəlb edilməsi, o cümlədən bu prosesdə özəl sektorun və elmi-tədqiqat institutlarının iştirakı imkanlarını öyrənirik", - səfir bildirib.

Cənubi Qafqazdakı hazırkı vəziyyəti şərh edən Marian de Yonq vurğulayıb ki, Niderland sülh prosesini (Bakı ilə İrəvan arasında - red.) dəstəkləyir: "Biz (Bakı və İrəvan arasında - red.) sülh prosesinin hazırkı vəziyyətindən çox məmnunuq. Biz bu prosesi qətiyyətlə dəstəkləyir, hər iki ölkə və əldə olunan irəliləyişlə fəxr edirik. Niderland sülh prosesini həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində dəstəkləyir. Hesab edirəm ki, sülh prosesinin irəliləməsi üçün hər iki ölkənin göstərdiyi mühüm səyləri qeyd etmək vacibdir. Biz bundan sonra da mümkün olan bütün vasitələrlə onları dəstəkləməyə hazırıq".

Diplomat həmçinin Azərbaycanda mövcud olan yüksək təhlükəsizlik səviyyəsini qeyd edib: "Çox şanslıyam ki, diplomatik missiyanın rəhbəri kimi məhz Azərbaycana təyinat almışam. Bura dünyada bu gün çox təhlükəsiz olan yeganə yerdir".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Nəzrin Babayeva Sosial şəbəkələrdə paylaşın Скопировано Посол Нидерландов: Азербайджан хочет применить в Джебраиле "модель Вестланд" в тепличном хозяйстве Dutch Ambassador: Azerbaijan aims to implement Westland model for greenhouse operations in Jabrayil --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 18:18 Foto Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti TEGOVA-ya üzv qəbul edilib Biznes 18:12 Foto Rövşən Rzayev vətəndaş qəbulu keçirib Daxili siyasət 18:08 Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib Region 18:05 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Fərdi 18:01 Foto MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib Maliyyə 18:01 "Sustainable Fitch" SOCAR-ın ESG reytinqini "3" səviyyəsində saxlayıb Energetika 17:55 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib Elm və təhsil 17:54 Foto Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib Daxili siyasət 17:50 Foto Fərəh Əliyeva VI "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə