Digər · APA Sport
Kabo-Verde millisində yeni baş məşqçi

Kabo-Verde milli komandasının yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bunu yerli futbol federasiyasının mətbuat xidməti açıqlayıb.
Yığma Humberto Bettenkura həvalə olunub. Onunla bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Bettenkur daha öncə komandanın sabiq baş məşqçisi Bubiştanın köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, komanda DÇ-2026-nın 1/16 finalına yüksələn zaman Bettenkur həmin postda olub.