Formula 1 · F-1.az
Colion Palmer: Həmilton və Ferrari özləri özlərini çətin vəziyyətə salırlar

Formula 1-in sabiq sürücüsü, hazırda isə çempionatın rəsmi saytının eksperti olan Colion Palmer təəssüflə qeyd edir ki, son vaxtlar Lyuisin, Həmiltonun və Ferrari komandasının nəticələrinə tamamilə qarşısı alına biləcək səhvlər və yanlışlıqlar mənfi təsir göstərir. Əgər sürücü və onun komandası qələbələr uğrunda mübarizə aparırsa, belə hallar bağışlanmazdır.