İdman24
Döyüş İdmanı · APA Sport

Taekvondoçularımızdan Qazaxıstanda 18 medal

Qazaxıstanın Aktau şəhərində keçirilən “Jas Batyr Kuboku” turnirində Azərbaycan taekvondo klublarının nümayəndələri uğurlu nəticə göstəriblər.

Apasport.az xəbər verir ki, “Alpman”, “Altay” və “Asiman” taekvondo klublarının üzvləri uşaqlar, yeniyetmələr və gənclər kateqoriyalarında ümumilikdə 18 medal qazanıblar.

Bunlardan yeddisi qızıl, üçü gümüş, səkkizi isə bürünc medal olub.

“Altay” taekvondo klubunun üzvlərindən Taryel Budaqlı (34 kq, uşaqlar), Fatimə Abdullazadə (+59 kq, yeniyetmələr) və Yusif Zeynallı (65 kq, yeniyetmələr) qızıl medal qazanıblar. Budaqlı, həmçinin çempionluq kəmərinə sahib olub. Zeyd Vəliyev (30 kq), Atilla Sultanlı (38 kq) və Fateh Bayramov (49 kq) gümüş, Vidadi Məmmədli (33 kq) və Nihad Məmmədli (57 kq) isə bürünc medala layiq görülüblər.

“Alpman” klubunun heyətində Süleyman Əhmədov (30 kq), Qənbərli Nihat (32 kq) və İbrahim Yusufov (37 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xalidə Həmzəyeva (41 kq), Esmanur Tapdıqova (37 kq), Orxan Ağazadə (55 kq) və Camal Əbdülmanafov (73 kq) isə bürünc medal əldə ediblər.

“Asiman” klubunun təmsilçisi Nihad İsmayılov (36 kq) qızıl medal qazanıb. Sevil Mahmudova (55 kq) və Mələk Əlimuradova (55 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, turnirdən sonra hər üç klubun nümayəndələri avqustun 17–19-da Aktau şəhərində keçirilən təlim-məşq toplanışında da iştirak ediblər.

Orijinal mənbə

İdman24 əsas səhifə