İdman24
Futbol · Report İdman

Futzal üzrə Azərbaycanın Yüksək və Birinci Liqalarının püşkü atılıb

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Futzal üzrə Azərbaycanın Yüksək və Birinci Liqalarının püşkü atılıb Futbol 19 noyabr, 2026 17:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Futzal üzrə Azərbaycan Yüksək və Birinci Liqalarında 2026/2027 mövsümünün püşkü atılıb.

Bu barədə "Report" a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Tədbir çərçivəsində futzalın yeni loqosu təqdim olunub.

Mərasimdə AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, baş katib Cahangir Fərəcullayev, qurumun rəsmiləri, futzal və futbol ictimaiyyətinin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Açılışda çıxış edən Cahangir Fərəcullayev komandalara yeni mövsümdə uğurlar arzulayıb. O, assosiasiyanın nəzdində Futzal və Çimərlik Futbolu Departamentinin yaradıldığını diqqətə çatdırıb, bu strukturun kollektivinə fəaliyyətində müvəffəqiyyətlər diləyib.

C.Fərəcullayev futzal üzrə Azərbaycan milli komandasının bundan sonra da yalnız yerli oyunçulardan formalaşdırılacağını bildirib.

Daha sonra AFFA-nın Futzal və Çimərlik Futbolu Departamentinin rəhbəri Fərid Babayev Yüksək və Birinci Liqaların reqlamentləri barədə məlumat verib. O, U-19 Futzal Liqasının yaradıldığını və bu yaş kateqoriyasında 6 komandanın iştirakı ilə çempionat keçiriləcəyini qeyd edib.

Qaydalara əsasən, Yüksək Liqanın birinci mərhələsinin yekununda ilk 6 yeri tutan komandalar Çempionlar qrupunda, 7-10-cu pillələrdə qərarlaşan kollektivlər isə Prestij qrupunda mübarizəni davam etdirəcəklər. Çempionlar qrupunun qalibi mövsümün çempionu olacaq. Prestij qrupunu sonuncu pillədə başa vuran komanda Birinci Liqaya düşəcək, 9-cu yeri tutan kollektiv isə həmin liqanın ikincisi ilə pley-off qarşılaşmasında üz-üzə gələcək.

Ardınca püşkatma mərasimi keçirilib. Hər iki liqada I turun oyunlarının təqvimi müəyyənləşib.

"Yasamal Bakı" - "Araz-Naxçıvan"

"MC Finans" - "Metropoliten Bakı"

Qeyd edək ki, "Timsport" komandası ilk turu buraxacaq. Qarşıdakı mövsümdə Yüksək Liqada 10, Birinci Liqada isə 11 komanda mübarizə aparacaq.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:45 Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub Digər ölkələr 01:19 Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb Digər ölkələr 00:50 Foto Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib Xarici siyasət 00:35 Foto Video Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var Hadisə 00:26 Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6 Region 00:19 Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm Digər ölkələr 00:05 Qarakənd faciəsindən 35 il ötür Daxili siyasət 00:00 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:56 Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə