İdman24
Döyüş İdmanı · APA Sport

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub.

Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə