Azərbaycan komandası Gürcüstanda xeyriyyə qaçışında iştirak edib

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan komandası Gürcüstanda xeyriyyə qaçışında iştirak edib Komanda 28 sentyabr, 2026 17:54 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisidə Gürcüstanın yaralanmış hərbi qulluqçularına dəstək məqsədilə keçirilən "Georgian Wounded Warriors Charity Run 2026" xeyriyyə qaçışında Azərbaycan komandası da iştirak edib.
"Report" un Gürcüstan bürosu xəbər verir ki, Lisi gölü və Lisi silsiləsi ərazisində keçirilən tədbir Gürcüstan Müdafiə Nazirliyi və Müdafiə Qüvvələri, Tbilisi Müdafiə Attaşelər Assosiasiyası və "Wounded Warrior Support Foundation"ın təşkilatçılığı ilə baş tutub.
Xeyriyyə qaçışının əsas məqsədi Gürcüstan Müdafiə Qüvvələrinin yaralanmış hərbi qulluqçularına dəstək göstərmək və onların xidmətinə ehtiram ifadə etmək olub.
Qaçış 3, 7 və 21 kilometr məsafələr üzrə təşkil edilib. 21 kilometrlik yarımmarafon, 7 kilometrlik qaçış və 3 kilometrlik əyləncə qaçışı və yürüşdə diplomatik korpusun nümayəndələri, hərbi qulluqçular, veteranlar, yaralı hərbçilər və digər iştirakçılar yer alıblar.
Azərbaycan komandası da tədbirdə iştirak edib. Komanda üzvləri xeyriyyə təşəbbüsünə qoşularaq Gürcüstanın yaralı hərbi qulluqçularına və veteranlarına dəstəyini nümayiş etdiriblər.
Tədbir çərçivəsində iştirakçılardan və dəstəkçilərdən ümumilikdə 14 800 lari vəsait toplanıb. Bildirilib ki, toplanan vəsait "Wounded Warrior Support Foundation"a ianə ediləcək və Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi zamanı, eləcə də beynəlxalq sülhməramlı missiyalarda xidmət edərkən yaralanmış hərbi qulluqçulara və veteranlara dəstək üçün istifadə olunacaq.
Qaçış zamanı Gürcüstan Müdafiə Qüvvələrinin Orkestri tərəfindən musiqi proqramı təqdim olunub. Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib.
"Georgian Wounded Warriors Charity Run" əvvəlki illərdə də keçirilib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Ruslan Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Азербайджанская команда приняла участие в благотворительном забеге в Грузии USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:29 Gədəbəy rayonuna icra başçısı təyin olunub Daxili siyasət 18:28 Naftalan şəhərinə icra başçısı təyin edilib Daxili siyasət 18:28 Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub Daxili siyasət 18:24 Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb Hadisə 18:23 Foto Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib Sosial müdafiə 18:15 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Diaspor 18:11 Yuri Qusev ukraynalı uşaqlara dəstəyə görə Azərbaycana təşəkkür edib Xarici siyasət 18:10 Foto Azərbaycan çay mədəniyyəti Brüsseldə keçirilən beynəlxalq festivalda təqdim olunub Xarici siyasət 18:09 Foto Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.