Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 16° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Fərdi 07 noyabr, 2026 10:38 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.
Bu barədə "Report" a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Milli komandanın üzvü batut gimnastikası üzrə yarışın yarımfinal mərhələsində 56.140 xal toplayaraq 6-cı yeri tutub və finalda medallar uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Mahsudovanın uğurlu çıxışının diqqətçəkən məqamlarından biri Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brayoni Peydci altı pillə qabaqlaması olub.
Kişilərin fərdi proqramında çıxış edən digər təmsilçimiz Maqsud Mahsudov isə yarımfinalda 37.850 xal toplayaraq yarışı 20-ci pillədə başa vurub.
Qeyd edək ki, Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda da uğurlu çıxış edərək finala yüksəliblər. Beləliklə, Selcan Mahsudova dünya çempionatında iki proqram üzrə medal qazanmaq uğrunda mübarizə aparacaq.
Dünya çempionatında Azərbaycan gimnastlarının çıxışları davam edir.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Сельджан Махсудова вышла в финал ЧМ по батутной гимнастике --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 12:36 Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Digər 12:33 Foto İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Sağlamlıq 12:29 Azərbaycanın batut gimnastları Çində keçirilən dünya çempionatında gümüş medal qazanıblar Fərdi 12:20 Sabah Azərbaycanda intensiv yağış yağacaq Ekologiya 12:18 Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq Biznes 12:15 Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib Daxili siyasət 12:12 Foto Video Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub Daxili siyasət 12:08 Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahanı keçiriləcək Daxili siyasət 12:04 "Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb Komanda Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.