Digər · APA Sport
Qolsuz başladılar, tarix yazdılar - Ekvador 1/16-da!

Ekvador millisi DÇ-2026-nın 1/16 final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi E qrupunun son turunda Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Ekvador DÇ-2026-nın ilk turunda Fil Dişi Sahilinə 0:1 hesabı ilə uduzub, ikinci oyunda isə Kurasao ilə 0:0 heç-heçə edib. Amerikalılar ilk iki matçda qol vura bilməyib.
Lakin Ekvador son turda Almaniyaya qalib gələrək həm qrupdan çıxıb, həm də rəqibin 11 oyunluq qalibiyyət seriyasına son qoyub.