Futbol · APA Sport
“Ayaks”dan yeni transfer

"Ayaks" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub Deyli Blindi transfer edib.
Bubarədə Niderland təmsilçisi məlumat yayıb.
36 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Blind "Ayaks"ın yetirməsidir. O, 2008-2014 və 2018-2022-ci illərdə Amsterdam komandasının uğurları üçün çalışıb. Blind "Ayaks"ın heyətində 333 matça çıxıb.