İdman24
Digər · APA Sport

Emrelidən “Rakuv”da növbəti qol

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" komandasının heyətində növbəti qolunu vurub.

Apasport.az xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın V turunun “Qurnik”lə ev matçında fərqlənib.

Meydana start heyətində çıxan forvard görüşün 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Lakin azərbaycanlı futbolçunun qolu komandasını məğlubiyyətdən xilas etməyib və qonaqlar yekunda 2:1 hesablı qələbə qazanıblar.

Bu, Mahir Emrelinin “Rakuv”da rəsmi oyunlarda 6-cı qolu olub.

Qeyd edək ki, Polşa çempionatında hələ də xalı olmayan “Rakuv” sonuncu – 18-ci pillədə qərarlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə