Qarabağ və Şərqi Zəngəzura həsr edilmiş "Sabaha doğru" sənədli filmi təqdim olunub

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 23° C USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Qarabağ və Şərqi Zəngəzura həsr edilmiş "Sabaha doğru" sənədli filmi təqdim olunub Mədəniyyət siyasəti 30 sentyabr, 2026 16:17 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və "Böyük Qayıdış" prosesinə həsr olunmuş "Sabaha doğru" sənədli filminin "CineMastercard" kinoteatrında təqdimatı keçirilib.
"Report" xəbər verir ki, film "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB tərəfindən təqdim olunub.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev bildirib ki, "Şəhərsalma və Arxitektura İli" çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim edilir.
Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönümlü prinsiplərə əsaslanan yeni yaşayış məntəqələri də nümayiş olunur.
Sənədli filmin çəkilişləri Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
"Sabaha doğru" sənədli filmi "Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri" layihəsi çərçivəsində istehsal olunub. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Скопировано Foto В Баку представлен фильм Sabaha doğru о жизни в Карабахе и Восточном Зангезуре USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 18:05 Azərbaycanda oktyabrın ilk günü leysan olacaq - XƏBƏRDARLIQ Ekologiya 18:01 Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Xarici siyasət 17:55 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Region 17:55 Əsir qalmaqalı - Şimali koreyalıların Cənuba sığınması üçün yeni yol - ŞƏRH Analitika 17:47 Ukrayna Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə hazırlaşır Xarici siyasət 17:38 Foto "ADEX-2026": Türkiyə və Azərbaycanın birgə istehsalı olan qırıcı təyyarə ilk dəfə nümayiş etdirilib Hərbi 17:36 Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2026"nın ikinci gününü 7 medalla başa vurublar Fərdi 17:33 İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb Digər ölkələr 17:32 Foto "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.