İdman24
Digər · APA Sport

Yuri Maksimov: “Nəyimiz varsa, onunla da davam edəcəyik”

Misli Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan" "Sumqayıt"a məğlub olub - 1:2.

Apasport.az xəbər verir ki, matçdan sonra "bozqurdlar"ın baş məşqçisi Yuri Maksimov oyunla bağlı fikirlərini bildirib:

"Birinci hissədə pis oynamırdıq. Hesab da öndə idik, bunu davam etdirmək lazım idi. İnam yox idi, qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz".

- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Nə dedi sizə? - Bu, komanda daxili məsələdir. Nəsə deyə bilmərəm.

- Fasilədən sonra nə baş verdi? İlk hissədə dominant oynayırdınız, sonra bunun davamını gətirə bilmədiniz... - Futbolçular hesabı saxlamaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq.

- Bir aya yaxındadır ki, baş məşqçi postundasınız. Bu kollektivin autsayder olması nə dərəcədə realdır? Komandanın potensialı var, yoxsa reallıq budur? - Nəyimiz varsa, onunla da davam edəcəyik. Əlbəttə ki, işimizə davam edəcəyik.

- Bu mövsüm qarşınıza avrokubok hədəfi qoyulub? Narahat deyilsiz ki, siz də sizdən əvvəlki həmkarlarınızın yaşadığı aqibəti yaşayarsınız? - Məşqçi işi belədir, nə etmək olar? Qarşıda nə olacaq, bilmirəm.

Orijinal mənbə

İdman24 əsas səhifə