İdman24
Futbol · APA Sport

"Zirə" Şamaxıda 3 xal axtarışında - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, hər iki qarşılaşma bölgələrdə baş tutacaq.

Günün ilk matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.

Naxçıvan təmsilçisi cari mövsümdə qələbə qazanmayan yeganə komandadır. Aktivində cəmi 2 xal olan kollektiv turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” isə 9 oyundan sonra 15 xalla 5-ci yerdədir. “Qartallar” qalib gələcəyi təqdirdə xalını 18-ə çatdıraraq “Turan Tovuz”a çatacaq. Eyni zamanda, bir oyun az keçirmiş lider “Sabah”la xal fərqini 2-yə endirəcək.

Qeyd edək ki, turun ilk oyununda “Turan Tovuz” doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.

15:00. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər : Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

Orijinal mənbə

İdman24 əsas səhifə