“Beşiktaş” Gürcüstanda “Hapoel”lə üz-üzə – YENİLƏNİR

UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşacaq.
İstanbul təmsilçisi rəqibini neytral meydanda – Gürcüstanın Batumi şəhərində qəbul edəcək.
“Beşiktaş” Liqa mərhələsində keçirdiyi 4 oyunda 7 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Türkiyə klubu indiyədək 2 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.
“Hapoel Beer-Şeva” isə 4 qarşılaşmada cəmi 1 xal əldə edib və 33-cü yerdədir. İsrail təmsilçisi 1 heç-heçə və 3 məğlubiyyətlə üzləşib.
Görüş Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçiriləcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək. Ona həmyerliləri Viktor Skitte və Steffen Bramsen kömək edəcəklər.
Qeyd edək ki, qarşılaşmanın əvvəlcə İstanbulda keçirilməsi nəzərdə tutulsa da, təhlükəsizlik səbəbindən UEFA-nın qərarı ilə Gürcüstana köçürülüb.
21:45. “Beşiktaş” – “Hapoel Beer-Şeva”
Baş hakim : Morten Kroq (Danimarka)
Stadion: “Batumi Stadium” (Batumi, Gürcüstan)