İdman24
Futbol · APA Sport

“Atletiko”dan DÇ-da rekord göstərici – Finalda 10 futbolçu

Madrid "Atletiko"sunun 10 futbolçusu DÇ-2026-nın finalında iştirak edəcək.

Apasport.az xəbər verir ki, İspaniya və Argentina millilərinin heyətində yer alan bu oyunçular Madrid təmsilçisinin formasını geyinirlər.

İspaniya millisində Aleks Baena, Alexandro Qrimaldo, Markos Lyorente və Mark Pubil yer alıb.

Argentina yığmasında isə Xulian Alvares, Tiaqo Almada, Naul Molina, Xuan Musso, Culyano Simeone və Niko Qonsales final matçında çıxış edə biləcək.

Qeyd edək ki, DÇ-2026-nın finalı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə