Fərhad Əliyev: "Azərbaycanda idman balıqçılığı üzrə milli komanda formalaşdırılacaq"

İlham Əliyev Zəfərə gedən yol Bakı 24° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Fərhad Əliyev: "Azərbaycanda idman balıqçılığı üzrə milli komanda formalaşdırılacaq" Fərdi 29 sentyabr, 2026 15:48 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda idman balıqçılığı üzrə yarışların nəticələrinə uyğun olaraq milli komanda formalaşdırılacaq.
"Report" un Füzuliyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) icraçı vitse-prezidenti Fərhad Əliyev "Mingəçevir Reqatası-2026"nın ilk mərhələsindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, yerli idmançıların göstəricilərinin ildən-ilə yaxşılaşdığını bildirib:
"Kanoe üzrə inkişaf var. Əvvəllər kanoedə tək idmançı çıxış edirdisə, artıq bir neçə təmsilçi və komanda var. Azərbaycan çempionatında qarışıq idman növlərində həm oğlanlar, həm də qızlar mübarizə aparırlar. Bakıda və Mingəçevirdə təlim-məşq prosesi davam edir. Mingəçevirin təlim bazası kimi fəaliyyət göstərməsi barədə qərar verilib. Növbəti il belə təlim məkanlarının sayı artacaq".
AZSİF rəsmisi yarış cədvəllərinin üst-üstə düşməməsi üçün atılan addımlara da toxunub:
"Çətinlik ondan ibarətdir ki, eyni vaxtda yarışlar üst-üstə düşə bilir. Bu il çalışıldı ki, yelkənli idman, idman balıqçılığı, akademik avarçəkmə, kanoe və kayak üzrə turnirlər arasında müəyyən vaxt fərqi yaransın. Bir həftə öncə balıqçılıq, üç həftə əvvəl isə yelkənli idman üzrə Azərbaycan çempionatı təşkil olundu".
O, idman balıqçılığının inkişafı və beynəlxalq yarışlarda iştirak imkanları barədə danışıb:
"İdman balıqçılığının özünəməxsus qaydaları var. Bu növ üzrə Avropa və dünya çempionatları keçirilir. Əvvəllər federasiya olmadığı üçün idmançılar həmin turnirlərə qatıla bilmirdilər. Artıq federasiya nəzdində fəaliyyət göstərdikləri üçün beynəlxalq yarışlara yollana biləcəklər. Yaxın bir həftə ərzində Türkiyədə turnir təşkil olunacaq. Həmin yarışdakı nəticələrə uyğun olaraq milli komanda formalaşacaq və gələcək üçün təqvim planı müəyyənləşəcək".
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 17:41 Orxan Nəzərli: "Vergi borcunun idarə edilməsinə daha çevik yanaşma olacaq" Biznes 17:22 Foto Rusiya Ali Məhkəməsinin sədrinə "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı təqdim edilib Xarici siyasət 17:14 "Barselona"nın futbolçusu Rafinya Braziliya millisinin heyətində zədələnib Futbol 17:13 "Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb Sənaye 17:10 "Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib İKT 17:02 Foto Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək Daxili siyasət 16:52 Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib Xarici siyasət 16:51 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Region 16:51 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.