Toral Bayramov: "Bursaspor"da ilk vaxtlar sistemə uyğunlaşmaq bir az çətin oldu" - Müsahibə

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Toral Bayramov: "Bursaspor"da ilk vaxtlar sistemə uyğunlaşmaq bir az çətin oldu" - Müsahibə Futbol 04 noyabr, 2026 13:28 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Toral Bayramov "Report" un suallarını cavablandırıb. 25 yaşlı cinah oyunçusu I Liqa təmsilçisinə uyğunlaşmasından və qardaş ölkədəki karyerasından söz açıb. T.Bayramov Norveçdə "Vikinq" və Azərbaycanın "Sabah" komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa da toxunub.
- Karyeranızda ilk dəfə legioner həyatı yaşayırsınız. Türkiyə futboluna, yeni komandaya və fərqli mühitə uyğunlaşmaq baxımından ilk aylar sizin üçün necə keçir?
- Futbol baxımından fərqli bir liqadır, amma mühitə uyğunlaşmaq o qədər də çətin olmadı. Hər şey gözlədiyim kimi gedir, yəni yaxşıdır. Daha da yaxşı olması üçün çalışıram.
- Mövsümün əvvəlində istədiyiniz qədər forma şansı əldə edə bilmirdiniz. Bu müddətdə əsas çətinlik nə idi? Baş məşqçinin etimadını qazanmaq üçün nələri dəyişməli oldunuz?
- Bildiyiniz kimi, futbolçu karyeramda daha əvvəl yalnız "Qarabağ"da çıxış etmişəm. İlk vaxtlar sistemə alışmaq, fərqli istəklərlə ayaqlaşmaq bir az çətin oldu. Amma indi özümü hazır hiss edirəm. Məşqçinin etimadını qazanmaq, inkişaf etmək, daim irəli getmək üçün fərdi çalışıram. Bəlkə də hardasa bu da mənə kömək oldu.
- "Bandırmaspor"u məğlub etdiyiniz (3:0) son matçda 90 dəqiqə meydanda oldunuz və məhsuldar ötürmə ilə yadda qaldınız. Bu matçı sizin üçün bir dönüş nöqtəsi hesab etmək olar?
- İlk dəfədir 90 dəqiqə meydanda idim. Çox şükür, hər şey yaxşı alındı və qol ötürməsinin müəllifi oldum. Amma bilirəm ki, daha yaxşısını edə bilərəm.
- Nəhayət, məşqçilər korpusuna istədiyiniz mesajı verə bildiniz?
- Məşqçilərin heç biri ilə problemim yoxdur. Bizim vəzifəmiz meydanda işimizi görməkdir. Məşqçilər nə tapşırıq versə, onu edirik.
- Türkiyədə futbolun atmosferi, azarkeşlərin komandaya münasibəti və rəqabət Azərbaycandan nə ilə fərqlənir? "Bursaspor" kimi böyük azarkeş kütləsinə malik klubda oynamaq əlavə təzyiq yaradır?
- Azarkeşlərimiz, sadəcə, inanılmazdır. Hər oyunda - evdə və səfərdə bizimlə bərabərdirlər. Biz meydanda, onlar tribunada üzərinə düşəni layiqincə edir. İnşallah, Azərbaycanda da oyunlar, tribunalar hər zaman dolu olar. Futbol azarkeşlərlə gözəldir.
- "Sabah" bu gecə UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçin "Vikinq" klubu ilə üz-üzə gələcək. Bu oyun haqqında fikirləriniz maraqlıdır.
- "Sabah"ın turnirdəki bütün oyunlarını izləyirəm. Baxımlı futbol sərgiləyirlər. Öz oyun üslubları var. Rəqibin kimliyindən asılı olmayaraq, oyunlarından əl çəkmirlər. İnşallah, bu səfərdən qalibiyyətlə qayıdarlar, buna inanıram.
- "Qarabağ"da çıxış edərkən Norveçin digər komandası "Budyo-Qlimt"ə baxımlı qol vurmuşdunuz. Həmin anı necə xatırlayırsınız?
- Düşünürəm ki, bu, karyeramda vurduğum ən vacib və ən gözəl qolumdur. Ümidvaram ki, belə qollar vurmağa davam edəcəyəm.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 13:45 Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri 2029-cu ilədək əməkdaşlıq planı imzalayacaq Xarici siyasət 13:43 Hesablama Palatası: Gələn il büdcənin 20 gəlir mənbəyindən 15-də artım olmalıdır Maliyyə 13:37 Elvin Camalov: "Büdcənin neft gəlirlərindən asılılığı tədricən azaldılmalıdır" Maliyyə 13:33 Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb Region 13:31 Kənan Əliyev: "Azərbaycanda sağlamlıq turizminin unikal potensialı var" Turizm 13:31 Vüqar Gülməmmədov: "Qeyri-neft-qaz gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmalıdır" Maliyyə 13:28 Toral Bayramov: "Bursaspor"da ilk vaxtlar sistemə uyğunlaşmaq bir az çətin oldu" - Müsahibə Futbol 13:23 Azərbaycanda icmal büdcənin hesablanması qaydası dəyişdiriləcək Maliyyə 13:21 Azərbaycanda ortamüddətli dövr üçün iqtisadi artım strategiyası açıqlanıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.